Son günlər bəzi mətbu orqanları iddia edir ki, 15-16 noyabrda G-20 Sammitinin keçiriləcəyi Bali adasında Putinə qarşı sui-qəsd törədiləcək. Ardınca Navalnı azadlığa buraxılıb hakimiyyətə gətiriləcək və Rusiya 4-5 yerə parçalanacaq.
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevdən fikir aldıq. O, Bizim.Media-ya açıqlamasında belə bir sənədin ortada olduğunu söylədi:
“Havrad” sənədi ilə SSRİ dağıdıldı, “Hyuston” sənədində isə Rusiyanın 4 yerə parçalanması nəzərdə tutulub. Sənədə görə Uzaq Şərq və Sibir ABŞ-a, Uzaq Şərqin cənub hissəsi Yaponiyaya, Urala qədər Qazaxstan və Orta Asiya Türkiyəyə, Qərbi Rusiya isə Almaniyaya birləşdiriləcək.
Arxangelsk ətrafında isə kiçik bir rus dövləti yaradılacaq. Bu plandan rus kəşfiyyatının da xəbəri var. Bəlkə də son məlumatı elə rus kəşfiyyatı məqsədli şəkildə yayıb”.
Cümşüd Nuriyev onu da əlavə etdi ki, Rusiya bu planı bildiyi üçün Ukraynaya girdi və hadisələri qabaqlamaq istədi:
“ABŞ-ın kəşfiyyat sənədlərinin rusların əlinə keçməsi Vaşinqtonun da imicinə güclü zərbədir. O ki qaldı Putinə Bali adasında sui-qəsd edilməsi məsələsinə. Bu heç də inandırıcı deyil. Bu hansısa digər məqsəd üçün dövriyyəyə buraxılıb”.
Yayılan məlumatlarda qeyd olunur ki, Qərb Putinin Baliyə gəlişini əngəlləmək istəyir. Çünki, indiki məqamda əksər ölkələrin liderləri nəinki Putinlə görüşmək, onunla heç üz-üzə gəlmək belə istəmir. Məsələn, Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərin “Bayden Putinlə G20 sammiti çərçivəsində görüşə bilərmi?” sualını cavablanırarkən bildirib ki, Baydenin belə bir niyyəti yoxdur.
Bundan əvvəl "Politico" nəşri Baydenin G20 sammitində, o cümlədən dəhlizdə, hətta foto çəkilən zaman Putinlə təsadüfi görüşdən belə qaçmaq istədiyini yazıb.
Nəzərə alaq ki, G20 Sammitinin formatı elədir ki, burda bütün liderlərin ünsiyyətdə olması qaçılmazdır.
Üstəlik, tədbirə ev sahibliyi edəcək İndoneziyanın hökumət rəsmiləri də Sammitdə bütün ikitərəfli görüşləri, o cümlədən Rusiya və ABŞ prezidentləri arasında danışıqlar keçirməyə hazır olduqlarını deyiblər.
Təşkilatçı ölkə, həmçinin ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib. İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib ki, bu il G20 sammitinə ev sahibliyi edən ölkə olaraq İndoneziya əlbəttə, bütün iştirakçıların, xüsusən də dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir.
Ekspertlər belə bir mötəbər tədbirdə hansısa liderə qarşı sui-qəsdin törədiləcəyinə dair bir planın yox, iddianı belə yersiz və ağılsızlıq hesab edir. Çünki, elə bir hadisənin baş verməsi beynəlxalq aləmdə diplomatik krizis yaradar və hətta müharibəyə səbəb ola bilər.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
10:15 / 02.11.2022
15 noyabrda Putinə sui-qəsd olacaq? – Məlumatın arxasındakı GİZLİNLƏR
Hazırda oxunan: 15 noyabrda Putinə sui-qəsd olacaq? – Məlumatın arxasındakı GİZLİNLƏR
Hazırda oxunan: 15 noyabrda Putinə sui-qəsd olacaq? – Məlumatın arxasındakı GİZLİNLƏR
102294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.