Markov: “Ermənistan Qarabağın Azərbaycana aid olduğunu tanımağa hazırdır”

Hazırda oxunan: Markov: “Ermənistan Qarabağın Azərbaycana aid olduğunu tanımağa hazırdır”

102272

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Soçi şəhərində İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında keçirilən təkbətək və üçtərəfli görüşlərin nəticələrini dəyərləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ümumi yekun bəyanatın olması razılıq deməkdir:

“Deməli, Rusiya əsas qüvvə, vasitəçi olaraq qalır”.

Politoloqun fikrincə, rus sülhməramlıları Qarabağda sülhün qarantıdır.

Sergey Makrov xatırladıb ki, bəyanatda Qarabağ haqqında bir kəlmə də yoxdur: “Bu isə o deməkdir ki, Qarabağda yaşayan ermənilərə xüsusi status verilməyəcək.  Amma iki ölkənin ərazi bütövlüyü tanınıb. Yəni Ermənistan artıq Qarabağın Azərbaycana aid  olduğunu tanımağa hazırdır. Lakin onlar hələ də bununla bağlı şərtləri razılaşdırmayıblar”.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru bildirib ki, yaxın vaxtlarda parlamentin üçtərəfli görüşü olacaq.

Politoloq İlham Əliyevin  sülh müqaviləsi ilə Ermənistana təklif etdiyi 5 prinsipləri qeyd edib:

1. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması.

2. Ərazi iddialarının olmaması.

3. Bir-birinə qarşı gücdən istifadə etməmək və hədə-qorxu gəlməmək.

4. Sərhədlərin demarkasiyası və delimitasiyası. Diplomatik əlaqələr.

5. Yeni nəqliyyat kommunikasiyaların açılması və qurulması.

Sergey Makrov Rusiyanın bu 5 prinsipi dəstəklədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin