Rusiyalı səfir “status”la bağlı ermənilərin son ümidini qırdı - VİDEO

Hazırda oxunan: Rusiyalı səfir “status”la bağlı ermənilərin son ümidini qırdı - VİDEO

102217

“Bizim fikrimizcə, Qarabağın “statusu” məsələsi gələcək nəsillərə buraxılacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərinə müsahibəsində səsləndirib.

Onun fikrincə, bunun üçün ədalətli şərait yaradılmalıdır.

Xatırladaq ki, dünən Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşdə Qarabağ probleminin 2 il öncə həll edildiyini bildirib.

“Status”la bağlı isə Azərbaycan lideri cari ilin avqust ayında Azərbaycan Televiziyasına (AzTV)  açıqlamasında bu sözləri deyib:

“Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur’’.
Yeri gəlmişkən, Kopırkinin sözləri ilə desək, “status” məsələsinin gələcək nəsillərə buraxılması ifadəsi rəsmi İrəvana “Heç vaxt olmayacaq” mesajını verir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin