Cənubi Azərbaycan gənclərindən Bakıdakı müxalif partiyalara ÇAĞIRIŞ 

Hazırda oxunan: Cənubi Azərbaycan gənclərindən Bakıdakı müxalif partiyalara ÇAĞIRIŞ 

102106

“İran 30 ildir ki, Azərbaycanla sərhəddə təlimlər keçirməyib. Lakin Qarabağ iki ildir ki, azad olunub, artıq 3 dəfə təlim keçirilib”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında güneyli fəal, jurnalist-yazar Həsən Kərimzadə bildirib.

Belə ki, cənublu gənclərin təkliflərini səsləndirən siyasi fəal qeyd edib ki, İranın addımlarına cavab olaraq Azərbaycanda üç mühüm tədbirin görülməsi Cənubi Azərbaycan əhalisinə lazımi dəstək mahiyyəti daşıya bilər:

“Birincisi, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Güney Azərbaycan gəncləri təklif edirlər ki, 31 dekabrda güneyli, quzeyli azərbaycanlıların Araz çayının sahilinə gəlib, Azərbaycan bayraqlarını dalğalandıraraq bayram etmələri fars-molla rejiminə ən gözəl cavab olar. 

İkincisi, Güney Azərbaycan gəncləri düşünür ki, Azəbaycandakı din xadimləri güneylilərin haqqlarını müdafiə etsələr məqsədəuyğun olar. Reallıq bundan ibarətdir ki, şiəlik azərbaycanlılara məxsusdur. Farslar isə onu bizdən götürüb, ürəyimizə, kürəyimizə bıçaq kimi sancıblar. Azərbaycan din xadimləri İran səfirliyi qarşısında elan edələr ki, Azərbaycan şiəliyi, Qum məktəbindən fərqlidir. Qum məktəbi dindən uzaqlaşdıran, radikal xarakterlidir. Şiəliyin tarixi mərkəzi isə Azərbaycandır. 

Ona görə də, din xadimləri İran səfirliyi qarşısında güneyli qardaşlarını müdafiə etməlidirlər. Necə ola bilir ki, İranda fars mollaları Azərbaycan səfirliyi və konsulluğu qarşısında aksiya keçirə bilirlər, amma şimalda bizim din xadimləri bunu edə bilməsinlər?

Üçüncüsü, Azərbaycanın siyasi partiyalarından cənublu gənclərin gözləntiləri var. Belə ki, hörmətli partiya başqanları, gərəkdir ki, susmasınlar. Bir toplantı təşkil edib, Güneydə şəhid olanları hörmətlə yad etsinlər. Bu gün İran əhalisinin yarısı türkdür. Eləcə də, aksiyalarda şəhid olanların da yarısı türkdür. Bu qədər şəhidimiz varsa, Şimali Azərbaycan partiyaları susmamalıdırlar, ən azı bir mətbuat konfransı təşkil etməlidirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin