Rusiya taxıl müqaviləsindən çıxmayıb - Rəsmi MOSKVA

Hazırda oxunan: Rusiya taxıl müqaviləsindən çıxmayıb - Rəsmi MOSKVA

101945

Rusiya taxil müqaviləsi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

Onun sözlərinə görə, ölkəsi taxıl müqaviləsinin iştirakçıları kimi Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya taxıl razılaşmasından İMTİNA ETDİ 


İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun detallarının araşdırılmasının vacibliyini vurğulayan nazir müavini rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını deyib.

A.Rudenko qeyd edib ki, Rusiya taxıl müqaviləsindən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin