Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmasını arzulayır.
Bizim.Media xəbər verir ki, o, belə bir təklifin Rusiya prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.
Politoloq Zaur Məmmədov deyib ki, bu, Nikol Paşinyanın növbəti sərsəm təkliflərindən biridir. Sülhməramlıların mandatının uzadılmasına Paşinyan qərar verə bilməz, Qarabağ Azərbaycan ərazisidir.
O deyib ki, Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunun göstəricisidir.
Politoloq bildirib ki, sülhməramlılarla bağlı məsələdə son günlər Qarabağdakı ermənilər və eyni zamanda Ermənistan hökuməti ciddi şəkildə canfəşanlıq edirlər.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.
Ətraflı Xəzər TV-nin süjetində:
Bizim.Media