Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan 2 jurnalist qız HƏBS OLUNUB

Hazırda oxunan: Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan 2 jurnalist qız HƏBS OLUNUB

101898

İran hakimiyyəti 22 yaşlı Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan iki jurnalisti vətənə xəyanətdə və ABŞ kəşfiyyat xidmətlərində işləməkdə ittiham edib. İran qanunlarına görə, onları ölüm cəzası gözləyə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Azadlıq" radiosunda yer alıb.

Mənbə yazır ki, jurnalistlər Nilufər Həmidi və Elae Məhəmmədi Əminin ölümündən və kütləvi etirazlar başlayandan az sonra həbs edilib. 

Ehtimallara görə, onlar Evin həbsxanasında saxlanılır.

İranın xüsusi xidmət orqanları birgə bəyanat yayaraq jurnalistləri Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentləri adlandırıblar. Bəyanatda o da bildirilir ki, ölkədə bir aydan artıqdır davam edən etiraz aksiyaları MKİ, Mossad və digər Qərb kəşfiyyat orqanları tərəfindən təşkil edilir.

İranda etirazlar başlayandan bəri ümumilikdə 40-dan çox jurnalist həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin