“Rusiyada yaşamaq Ermənistandan daha ucuz başa gəlir” – Ermənilər bahalıqdan ŞİKAYƏTÇİDİR - FOTO 

Hazırda oxunan: “Rusiyada yaşamaq Ermənistandan daha ucuz başa gəlir” – Ermənilər bahalıqdan ŞİKAYƏTÇİDİR - FOTO 

101856

“Ermənistan xarici ölkələrdən, xüsusilə Rusiyadan gələn əcnəbilərin ölkədən gedişinə mane olmaq üçün dərhal ərzaq, qida məhsulları və kommunal xərclərlə bağlı qiymətlərə nəzarət edərək onları aşağı salmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni teleqram səhifələrində paylaşım edilib.

Paylaşımda bildirilib ki, Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu ölkəsində qismən səfərbərliyin yekunlaşdığını elan etdiyi bir vaxtda rusların geri qayıtmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
“Odur ki,  Ermənistan ölkədəki mövcud qiymət artımını tənzimləyərək aşağı salmalıdır ki, ruslar qiymət ucuzluğuna görə qayıtmaq fikrindən daşınsınlar. Əks halda onlar Rusiyaya qayıdacaqlar, çünki orda həyat İrəvandan daha ucuz başa gəlir”, - deyə paylaşımda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin