“Aİ-nin missiyası bölgədə 2 aydan çox qala bilməz” – Toivo Klaar 

Hazırda oxunan: “Aİ-nin missiyası bölgədə 2 aydan çox qala bilməz” – Toivo Klaar 

101805

"Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir”. 

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. 

Onun sözlərinə görə, Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir:

“Buna ən bariz sübut Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə dörd dəfə görüş keçirmiş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətidir. Biz Cənubi Qafqazdakı sülhdə və firavanlıqda maraqlıyıq”. 

T.Klaar bildirib ki, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri Ermənistanın Azərbaycanın sərhədyanı bölgəsində müşahidə missiyasının yerləşdirilməsidir. Missiyanın müddəti iki aydır. Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb.

Biz monitorinq missiyasının vaxtını daha uzun müddətə uzada bilmərik. Ümid edirəm ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər". 
"Əminəm ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin, kommunikasiyaların açılması, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün sərfəlidir", - xüsusi nümayəndə qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin