KTMT ölkələri Ermənistana görə toplanacaq - Putin də iştirak edəcək

Hazırda oxunan: KTMT ölkələri Ermənistana görə toplanacaq - Putin də iştirak edəcək

101473

2022-ci il oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə strukturun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT XTŞ-nın qərarına əsasən 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələri müzakirə olunacaq.
Sessiyada Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlərə baxılacaq.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putin də tədbirdə iştirak edəcək. Bu faktı prezidentin mətbuat katibi Dmitri Peskov təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin