Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və partiyanın istanbullu deputatı Şamil Ayrımın vəziyyəti yaxşıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay özünün “Twitter” hesabında xəbər verib.
O, tvitinə Çam və Sakura xəstəxanalarından fotolar əlavə edib.
“Hər ikisini çox yaxşı gördük, şükür. Bir daha sizə ən xoş arzularımı yetirir və tezliklə sağalmağınızı arzulayıram”, - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Bizim.Media
AK Parti Genel Başkan Vekilimiz Sn. Binali Yıldırım ve İstanbul Milletvekilimiz Sn. Şamil Ayrım’ı tedavi gördükleri Başakşehir Çam ve Sakura Hastanesinde ziyaret ettik.
— Fuat Oktay (@fuatoktay) October 27, 2022
Her ikisini de gayet iyi gördük, çok şükür. Tekrar geçmiş olsun dileklerimi sunuyor, acil şifalar diliyorum. pic.twitter.com/qCnKdjWWpA