“Vahid Rusiya” partiyası sədrinin qəbul otağı yandırıldı

Hazırda oxunan: “Vahid Rusiya” partiyası sədrinin qəbul otağı yandırıldı

101381

Moskvanın Kutuzovsk prospektində “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin qəbul otağı yandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Astra” Telegram kanalı məlumat yayıb.

Mənbə yazır ki, hadisə çərşənbə günü, oktyabrın 26-na keçən gecə baş verib.

Naməlum şəxs binaya yaxınlaşaraq pəncərələrdən birinə “Molotov kokteyli” atıb, sonra isə hadisə yerindən qaçıb.

Onun şəxsiyyəti və motivləri hazırda məlum deyil.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər başlayan yanğın mühafizəçi tərəfindən söndürülüb.

Xatırladaq ki, Rusiya Federasiyasında müxtəlif inzibati binaların, əksər hallarda hərbi komissarlıqların yandırılması Putinin Ukraynaya qarşı müharibəyə səfərbərlik elan olunması barədə bəyanatından sonra tez-tez baş verib.
Belə bir addım ölkədə ictimai-siyasi vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin