Təbrizdə metro partladılıb? - Şəhərdə etiraz aksiyası VAR - VİDEO

Hazırda oxunan: Təbrizdə metro partladılıb? - Şəhərdə etiraz aksiyası VAR - VİDEO

101333

Təbrizdə internet tamamilə kəsilib, şəhərdə telefon rabitəsi məhdudlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya Bütöv Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan Xalidi məlumat verib. 

Xalidi bildirib ki, şəhərdə metronun partladılmasına dair iddialar mövcuddur. 

“Axsam saat 18-00-dan etibarən Təbriz sakinləri küçələrə axışaraq avtomobillərlə yolları bağlayıb və etirazlara davam edirlər”. 

Etirazların məhz bu günə təsadüf etməsinin səbəbinə gəlincə, Aslan Xalidi bildirib ki, bu gün həm Əmaninin ildönümü, həm də İran şahı Rza Şahruxun doğum günüdür: 

“Güney Azərbaycan şəhərlərində kürdlər tərəfindən məqsədyönlü şəkildə “Rza Şahruxu sağ olsun” şüarları səsləndirilir. Məsələnin mahiyyətini dərk etməyən Güney Azərbaycanlı gənclər də bu aksiyaya qoşulurlar. Bununla, bir qrup millətçilər xarici dövlətlərə bütün əhalinin İran hökumətini dəstəklədiyini göstərmək istəyirlər”. 

Aslan Xalidi bildirib ki, hal-hazırda Təbrizdə üçlü mübarizə var: 

“Mübarizənin bir istiqaməti İran rejiminin olaylara müdaxilə edərək qarşısının alınması yönündə, ikincisi şahçıların təxribatlarının neytrallaşdırılması və bir də milliyyətçilərin milli şüarlarla çıxışları fonundadır”. 

Etirazların əsasən gecə saatlarında başlamasının səbəbi kimi Xalidi bildirib ki, axşam vaxtlarında aksiya iştirakçılarının kimliyini müəyyən etmək bir qədər çətin olduğundan etirazçılar hava qaralandan sonra küçələrə axışırlar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin