Rusiyanın "Rossia 24" kanalında Azərbaycana qarşı təxribat törədilib.
Bizim.Media xəbər verir ki, kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi müzakirəyə çıxarılıb.
Verilişdə bu dəfə erməni əsilli rusiyalı ekspert Semyon Baqdasarov (yan) və İrəvandan olan siyasi şərhçi Ayk Xalatyanın iştirakı ilə Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü qeyd olunub.
Vaşinqtonun bu təklifinin qətiyyən Ermənistanın maraqlarına cavab vermədiyi bildirilib.
Həmçinin Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Ermənistanın milli maraqlarına uyğun olmadığı, Azərbaycanın heç bir güzəştə getmədiyi, Qarabağın Azərbaycanın tərkibində qalacağı təqdirdə Azərbaycanın guya erməni əhalini etnik təmizləməyə uğradacağı kimi təxribatçı fikirlər səsləndirilib.
“Rossiya-24” kanalı Ermənistan əhalisini qorxutmağı da unutmayıb. Həmin süjetdə “Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Bunun harası sülh müqaviləsi oldu?” - deyə müəllif erməniləri qorxutmağa çalışıb.
Bizim.Media