Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanimasiya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız oktyabrın 22-də həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadən məlumat yayıb.
Başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəsətəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.
Məsələnin ictimailəşməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsinin balkonundan yıxılaraq öldüyünü iddia ediblər.
Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə cəfəng iddialar səsləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Region
11:05 / 25.10.2022
İranda daha bir qadın hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO
Hazırda oxunan: İranda daha bir qadın hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO
Hazırda oxunan: İranda daha bir qadın hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO
101013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.