İranın Türkiyəyə qaz ixracı ilə əlaqədar iki ölkə rəsmiləri müəyyən razılaşmalar əldə ediblər.
Bizim.Media Shana nəşrinə istinadən xəbər verir ki, bunu bazar günü İranın Milli Qaz Şirkətinin dispetçer müdiri Məhəmməd Rza Colayi deyib.
M.Colayinin sözlərinə görə, bununla əlaqədar Türkiyədə Türkiyənin Botaş Şirkəti ilə İranın Milli Qaz Şirkəti rəsmiləri arasında iclas keçirilib.
Colayi əlavə edib ki, əldə olunan razılaşmalara əsasən, gələn 6 ay ərzində Türkiyəyə qaz ixracı prosesində bütün texniki fəaliyyətlər iki tərəfin koordinasiyası ilə həyata keçiriləcək.
Belə ki, boru xətlərində təmir işlərinin aparılması, katodik mühafizə (cathodic protection) həyata keçirilməsi, boru xətlərinin üzlənməsi, İranın Qərbi Azərbaycan vilayətinin Bazerqan şəhərində stansiyanın yenilənməsi həyata keçiriləcək.
Qeyd edək ki, İranın Türkiyəyə qaz ixracı orta hesabla gündəlik 30 milyon kubmetrdir.
İran ölkədə istehsal olunan qazın çox az hissəsi təxminən 6%-ni ixrac edir. İranda gündəlik 900 milyon – 1 milyard kubmetr qaz istehsal olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
15:20 / 23.10.2022
İran və Türkiyə bu sahədə razılığa gəldilər
Hazırda oxunan: İran və Türkiyə bu sahədə razılığa gəldilər
Hazırda oxunan: İran və Türkiyə bu sahədə razılığa gəldilər
100738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.