“Ermənistan bu gün çətin daxili və xarici böhrandan keçir və ilk dəfə olaraq Rusiya ilə Ermənistan arasında münasibətlərin taleyi faktiki olaraq təhlükə altındadır, ən azı erməni mediasını oxuyanda belə sual yaranır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Böyük oyun” verilişində Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin deyib.
“Ermənistanda emosiyalar əsasında erməni xalqının şüurunu yenidən formatlamağa çalışırlar. Onlara deyirlər ki, Ermənistanın arzuladığı sözləri Qərb, İrəvana gələn ABŞ konqresmenləri və Nensi Pelosi səsləndirir”, - deyə deputat qeyd edib.
“Ancaq kimin dost, kimin düşmən olduğunu anlamaq üçün öz yerinizi və rolunuzu, ikitərəfli münasibətlərdən nə aldığınızı anlamaq lazımdır. Bu gün Rusiya Ermənistanın faktiki olaraq imtina etdiyi Qarabağ əhalisinin hüquqlarının müdafiəsini öz üzərinə götürüb”, - Dövlət Dumasının üzvü yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:58 / 23.10.2022
Zatulinin ETİRAFI: “Ermənistan Qarabağdan imtina edib” - VİDEO
Hazırda oxunan: Zatulinin ETİRAFI: “Ermənistan Qarabağdan imtina edib” - VİDEO
Hazırda oxunan: Zatulinin ETİRAFI: “Ermənistan Qarabağdan imtina edib” - VİDEO
100736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.