Alanyada davada kürəyindən bıçaqlanan 22 yaşlı rusiyalı öldü

Hazırda oxunan: Alanyada davada kürəyindən bıçaqlanan 22 yaşlı rusiyalı öldü

100724

Türkiyənin Alanya şəhərində dava zamanı kürəyindən bıçaqlanan 22 yaşlı Rusiya vətəndaşı Bəşir Əlihacıyev xəstəxanada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Alanya” nəşri məlumat yayıb.

Münaqişənin naməlum səbəbdən baş verdiyi qeyd edilir. Mübahisə davaya çevrilib və bu zaman rusiyalı kürəyindən bir neçə bıçaq zərbəsi alıb.

Əlihacıyevi vurmaqda şübhəli bilinən 19 yaşlı oğlan hadisə yerindən qaçıb. Lakin jandarm onu tezliklə saxlayıb. Ümumilikdə Türkiyənin hüquq-mühafizə orqanları bu işdə şübhəli bilinən 6 nəfəri ələ keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin