Qarabağ separatçıları Paşinyanla görüşdən narazı qaldılar – İndi Moskvaya gedirlər

Hazırda oxunan: Qarabağ separatçıları Paşinyanla görüşdən narazı qaldılar – İndi Moskvaya gedirlər

100268

“İrəvandakı son görüşdə baş nazir Nikol Paşinyan Qarabağ separatçılarının nümayəndə heyətinə Qarabağ məsələsi ilə bağlı heç nə edə bilməyəcəyini açıq şəkildə deyib. Və ümumiyyətlə, son vaxtlar hakimiyyət Qarabağ məsələsinə görə Xankəndidəki qondarma “hakimiyyəti” və Rusiyanın məsuliyyət daşıdığını açıq şəkildə ortaya qoyub”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın “Past” qəzetində yer alıb.

Mənbə yazır ki, separatçılar boş oturmaq fikrində deyillər və konkret addımlar atmağa hazırlaşırlar. Yaxın günlərdə Arayik başının dəstəsi ilə Rusiyanın siyasi rəhbərliyilə görüşmək üçün Moskvaya yola düşəcək.
Nümayəndə heyətinin əsas məqsədi Qarabağ məsələsinin sonrakı taleyi ilə bağlı hər hansı izahat və aydınlıq əldə etməkdir.

Bildirilib ki, hazırda Moskvada qarşıdan gələn görüşün təşkili üçün hazırlıq işləri gedir. Ehtimal edilir ki, Vladimir Putinlə də görüş olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin