Rusiyada ermənilər bir-birilərini güllələdilər - FOTO

Hazırda oxunan: Rusiyada ermənilər bir-birilərini güllələdilər - FOTO

100251

Rusiyanın İrkutsk şəhərində Ermənistan vətəndaşına işgəncə verərək onu öldürməyə cəhd edən iki nəfər saxlanılıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sui-qəsdin təşkilatçısı 35 yaşlı milliyyətcə erməni olan Miro Usuboviç Miroyandır. O, bir neçə nəfərlə birgə sentyabrın 1-də zərər çəkən şəxsi ələ keçirərək ona vəhşicəsinə işgəncə veriblər.

Əvvəlcə kişini döyüblər, sonra maçete (xəncərə bənzər soyuq silah) ilə əllərinin sümüklərini qırıblar, ayaqlarına atəş açıblar.
Nəticədə zərərçəkən qaça bilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hücum edənlər və güllələnən şəxs ermənidir. Münaqişəyə səbəb 500 min rubl və avtomobil üstündə mübahisə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin