“Əgər Rusiyanın Cənubi Qafqaz regionunda təsir zonası azalarsa, Türkiyənin təsiri artarsa, bu, Ermənistanın sonu demək olacaq”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq Eduard Elbakyan “Xüsusi rəy” verilişində bildirib.
“Bu, Qərbin istəyidir ki, Rusiya burada olmasın. Niyə Qərbin Ermənistandakı “yumşaq güc” şəbəkəsi illərdir bütün bunları - Qarabağdan imtinanı, türklərlə birbaşa danışıqları təbliğ edir?
Çünki onlar Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyirlər. Elə bir coğrafiya var ki, ondan getmək olmaz. Qərbin geosiyasi düşməni olan Rusiya var. Nə qədər ki, Rusiya var, heç nə dəyişməyəcək.
Nə qədər ki, bu rəqabət var, Türkiyə əsas rol oynayacaq, çünki həm Rusiyanı, həm də İranı sakitləşdirə biləcək yeganə ölkədir. Deməli, Qərbin Cənubi Qafqazdakı maraqları hər zaman Türkiyənin xeyrinə tarazlaşdırılacaq”, deyə o əlavə edib.
Ekspertin fikrincə, Türkiyə və Qərbin ümumi maraqları var, o cümlədən Rusiya və İranın təsirini cilovlamaq istəyirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
16:29 / 19.10.2022
“Rusiyanın Cənubi Qafqazda təsirinin azalması Ermənistanın sonu olacaq” – Erməni politoloq
Hazırda oxunan: “Rusiyanın Cənubi Qafqazda təsirinin azalması Ermənistanın sonu olacaq” – Erməni politoloq
Hazırda oxunan: “Rusiyanın Cənubi Qafqazda təsirinin azalması Ermənistanın sonu olacaq” – Erməni politoloq
100143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.