Amnistiya ilə bağlı qərar QƏBUL OLUNDU – Bu şəxslərə ŞAMİL OLUNACAQ
Amnistiya tətbiq ediləcək şəxslərin dairəsi məlum olub.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməli...