Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” ELAN OLUNDU
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub.
Bizim.Media xəbər verir ki, bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.
Bakı Şəhər İcra Hakiməyyətinin başçısı Eldar Əzizov Bakının "Dünyanın İdman Paytaxtı" seçilməsinin sevindirici məqam olduğunu bildirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün bögələrində idman növlərinin inkişaf etdiyini deyib.
&...