Ehtiyatsızlıqdan cinayət törədənlər AZADLIQDA – FOTO
Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Bizim.Media xəbər verir ki, cəzaçəkmə müəssisəsindən ilkin olaraq 20 nəfər azadlığa buraxılıb.
Məlumat üçün bildirək ki, bu cəzaçəkmə müəssisəsində yalnız ehtiyatsızlıqdan cinayət törədənlər məhkumluq həyatı yaşayırlar.
Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək.
Xatırladaq ki, "Konstitusiya və Suverenl...