Bu hallarda işdən ÇIXARILA BİLƏRSİNİZ
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tərəfindən hansı hallarda xitam verilə biləcəyi ilə bağlı müddəalar öz əksini tapıb.
Bizim.Media xəbər verir ki, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər:
• müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
• işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
• peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
• işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri...