Azərbaycana Sibirin soyuğu gəldi - Çovğun müşahidə EDİLİR - RƏSMİ
Azərbaycanda çovğun müşahidə edilir.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.
Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur.
“Fərqli xüsusiyyətlə...