Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda güzəşt olacaq
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilmiş son dəyişikliklər fiziki şəxslərin mobil cihazları ölkəyə gətirməsi ilə bağlı güzəşt mexanizmini tənzimləyir.
Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeni dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə g...