Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan bu terror aktını pisləyir:
"İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa dil...