Azərbaycanda 60 mindən çox şagird buraxılış imtahanı verdi: Nəticələr nə vaxt AÇIQLANACAQ?
Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4 645 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5 776 nəzarətçi, 807 buraxılış rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqaniz...