Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO
"Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin bərpası uzun illərdir siyasi bəyanatların, diplomatik danışıqların və bir-birini təkzib edən şərhlərin mərkəzində dayanır.
Bu məsələ yalnız avtomobil və ya dəmir yolu xəttinin çəkilməsi ilə məhdudlaşmır. Söhbət Azərbaycanın ərazi bütövlüyünün praktiki təminindən, dövlətin manevr imkanlarından və regiondakı strateji mövqeyindən gedir.
ABŞ və Ermənistan tərəfindən dərc olunan TRIPP - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu üzrə icra çərçivəsi sənədi məhz bu mövzunu yeni mərhələyə keçirir...