Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq".
Bizim.Media xəbər verir ki, bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
V.Bayramov qeyd edib ki, məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur:
"Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etib...