İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə &ldquo...