Elektron siqaret qadağası TƏSDİQLƏNDİ – Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.
Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlə...