Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO
Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib:
“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.
Bizim.Media...