FHN-dən əhaliyə növbəti MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) tonqal yandırılması zamanı yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alınmaqdadır.
Tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşd...