Bu rayonlara qar yağır - FAKTİKİ HAVA
Yanvarın 15-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.
Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik,...