İsveçrənin İrandakı səfirliyinin daha 3 əməkdaşı Azərbaycana GƏLDİ - FOTO
İsveçrənin Tehranda yerləşən səfirliyinin daha 3 əməkdaşı təxliyə olunub.
Bizim.Media xəbər verir ki, diplomatlar İran sərhədini keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib, sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdiril...