Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR
Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Bizim.Media xəbər verir ki, cəzaçəkmə müəssisəsindən ilkin olaraq 22 nəfər azadlığa buraxılır.
Azadlığa buraxılan qadınlardan 2-si azyaşlı övladı ilə birgə cəza çəkən qadınlardır.
Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək.
Xatırladaq ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə...