Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR
Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb.
Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub.
Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Rəsmi müraciətlər qəbul olunmur"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə A...