Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO
Abşeron rayonunda son günlər müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə subasma hallarına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Normadan qat-qat artıq yağan yağış, xüsusilə, Xırdalan şəhəri və Masazır qəsəbəsində ciddi fəsadlar yaradıb.
Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar küçə və məhəllələrdə yığılan suyun kənarlaşdırılması istiqamətində dərhal zəruri tədbirlərə başlanılıb.
Martın 27-si səhər saatlarından etibarən Abşeron Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyi və ADSEA-nın yerli idarələri ilə birgə, eləcə də bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrü...