DİN-dən pirotexniki vasitələrlə bağlı XƏBƏRDARLIQ - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib.
DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur: "Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.
Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarıl...