Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ
Tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.
Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin ...