Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ
Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə qeyd olunub.
Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.
Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən...