İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verilib.
Bildirilib ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib.
Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.
Kənddə ümumilikdə 308 fərd...