DYP-dən sürücülərə ÇAĞIRIŞ
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) vətəndaşları bayram günlərində qanunsuz sərnişindaşıma xidmətindən yararlanmamağa çağırıb.
İdarədən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb:
"Belə səfərlər zamanı, adətən, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.
Təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyy...