DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha ço...