Bu rayonlarda icra başçısı yoxdur – SİYAHI
Son bir ayda iki icra hakimiyyətinin başçısı öz vəzifəsini itirib. Beləliklə, icra hakimiyyəti başçısı kreslosu boş olan rayonların sayı 6-ya çatıb. Hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur.
Bəs, öz sahiblərini gözləyən icra başçısı kresloları hansı rayonlardadır?
Bizim.Media sözügedən rayonların adlarını təqdim edir:
1.Qaradağ rayon İcra hakimiyyəti
Sonuncu dəfə bu vəzifəni Süleyman Mikayılov daşıyıb. O, Dövlət başçısının 30 yanvar 2026-cı il tarixli Sərəncamı ilə bu vəzifədən azad olub. Qeyd edək ki, Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib. Bundan əvvəl isə o, Yardımlı rayonunda və Lənkəran şəhərində icra başçısı olub.
2. Nəsimi rayon İcra Hakimiyyət...