Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
“Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.
“Bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.
Sürücülərdən xahiş edirik:
- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
- Öndə hərəkət edən nəqliyyat v...