Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olundu – FOTO
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Döv...