Prezidentin Antonio Koşta ilə birgə mətbuat BƏYANATI
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə bəyanat yayıb.
Bizim.Media bəyanatı təqdim edir:
1. 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasında, Bakıda görüşmüşlər.
2. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq ...